30 iyun 2026. Çərşənbə axşamı

PSJ-yə məğlubiyyətdən sonra Fransaya getdi


PSJ-yə məğlubiyyətdən sonra Fransaya getdi

Çempionlar Liqasının 1/8 finalının ilk oyununda PSJ-yə 1:4 hesablı məğlubiyyətdən sonra, "Barselona" futbolçularına iki günlük istirahət verilib.

Corner.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Bildirilib ki, matç sonunda Katalaniya klubunun hücumçusu Antuan Qrizmann çarter reysi ilə ailəsinin  yanına - Fransaya gedib. Lakin hava limanını tərk etməzdən əvvəl, fransalı jurnalistlər ona çoxlu sual ünvanlayıblar. Sualların bəziləri olduqca şəxsi xarakter daşıyıb, hücumçu isə "Bu sizin işiniz deyil" cavabını verib. (qol)







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu