15 avqust 2026. Şənbə

Yuventus uduzdu, Borussiya'dan qələbə


Yuventus uduzdu, Borussiya'dan qələbə
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

Corner.az xəbər verir ki, “Yuventus” səfərdə “Portu” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı bu matçda meydan sahibləri qələbə qazanıb.
 
Gecənin digər görüşü İspaniyada baş tutub. Burada “Borussiya” (Dortmund) klubu Avropa Liqasının son qalibi “Sevilya”nın (İspaniya) qonağı olub. Qarşılaşma qonaqların qələbəsiylə yekunlaşıb.
 
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyun günündə PSJ (Fransa) səfərdə “Barselona”nı (İspaniya) 4:1, “Liverpul” (İngiltərə) isə “Leypsiq”i (Almaniya) 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.
 
UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
17 fevral

“Portu” (Portuqaliya) - “Yuventus” (İtaliya) 2:1
Qollar: Taremi, 2. Mareqa, 46 – Kyeza, 83.


“Sevilya” (İspaniya)  - “Borussiya” (Dortmund, Almaniya) 2:3
Qollar: Suso, 7. De Yonq, 84 – Dahud, 19. Haland, 27; 43.






Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu