1 fevral 2026. Bazar günü

ÇL-da həftənin futbolçusu adına namizədlər


ÇL-da həftənin futbolçusu adına namizədlər

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Corner.az xəbər verir ki, bu ada "Liverpul"dan Məhəmməd Salah, PSJ-dən Kilian Mbappe, "Borussiya" (Dortmund) klubundan Erlinq Holann və "Portu"dan Serjiu Oliveyra iddia edir.

Salah "Leyptsiq"i 2:0 hesabı ilə məğlub etdikləri 1/8 finalın ilk matçında dubl edib. Holann "Sevilya"ya 3:2 hesabı ilə qalib gəldikləri görüşdə eyni sayda qol vurub. Mbappe İspaniyada "Barselona"nı 4:1 hesabı ilə məğlub etdikləri görüşdə het-triklə yadda qalıb.

Oliveyra isə "Yuventus"u 2:1 hesabı ilə məğlub etdikləri qarşılaşmanın ən yaxşı futbolçusu seçilib.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”