25 yanvar 2025. Şənbə

Şəxsən mən ÇL-in yeni formatını bəyənmirəm - Venger


Şəxsən mən ÇL-in yeni formatını bəyənmirəm - Venger

"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger Çempionlar Liqasının təklif olunan yeni formatına münasibət bildirib.

Corner.az "beIN Sports"a istinadən xəbər verir ki, o, bununla bağlı deyib: "Sadə və dürüst deyəcəyəm. Klublar həmişə daha çox pul hədəfləyirlər. Bunu etmək üçün daha çox qarşılaşmanın keçirilməsinə zəmanət istəyirlər. Azarkeşlər isə  vacib, mənalı matçlar arzulayır. Müasir futbol klubların istədiyi, gəliri artırmaq və azarkeşlərin istədiyi - sadəlik, aydınlıq və maraqlı turnirlər arasında bir uzlaşma tapmalıdır. Və sonra nə ediləcəyini diktə etməyə başlayan media var. Beləliklə, gələcəkdə ciddi bir mübarizə ilə qarşılaşacağıq. Şəxsən mən Çempionlar Liqasının yeni formatını qətiyyən sevmirəm".

Qeyd edək ki, Çempionlar Liqasının yeni formatında komandaların qruplara bölünməməsi və turnirin İsveçrə sistemi ilə keçirilməsi planlaşdırılır. Klublar fərqli rəqiblərə qarşı ən azı 10 matç keçirəcək (5 ev və 5 səfərdə). Bununla da əsas turda iştirakçıların sayının 32-dan 36-ya yüksəlməsi mümkündür. Bildirilib ki, bütün UEFA assosiasiyaları yeni formatla razıdırlar.(qol)







Çempionlar liqası

"Bu qələbə bizə inam verdi"
  • Çempionlar liqası
  • 12:58 23.01.2025
"Bu qələbə bizə inam verdi"
“Komandamız hazırda əla formadadır"
  • Çempionlar liqası
  • 12:56 23.01.2025
“Komandamız hazırda əla formadadır"
"Biz eyni məcrada davam etməliyik”
  • Çempionlar liqası
  • 12:54 23.01.2025
"Biz eyni məcrada davam etməliyik”
"Rəqibimiz layiqli qələbə qazandı"
  • Çempionlar liqası
  • 12:19 23.01.2025
"Rəqibimiz layiqli qələbə qazandı"
"İlk qolumuz geri dönüşdə əsas məqam oldu"
  • Çempionlar liqası
  • 12:09 23.01.2025
"İlk qolumuz geri dönüşdə əsas məqam oldu"
"Hər şey öz əlimizdədir"  - Simone İnzaqi
  • Çempionlar liqası
  • 11:38 23.01.2025
"Hər şey öz əlimizdədir" - Simone İnzaqi