26 mart 2026. Cümə axşamı

Bavariya'dan darmadağın, Atletiko Çelsi'yə uduzdu


Bavariya'dan darmadağın, Atletiko Çelsi'yə uduzdu

Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

Corner.az xəbər verir ki, “Atletiko” ilə “Çelsi” klubu üz-üzə gəlib. Matç koronavirus səbəbindən Rumıniyanın paytaxtı Buxarestdə keçirilib. London klubu bu oyundan minimal hesabla qələbə qazanıb.

Günün digər matçında turnirin son qalibi “Bavariya” səfərdə “Latsio”nun qonağı olub. Münhen təmsilçisi bu oyunda darmadağınla qalib gəlib.

1/8 finalın digər görüşləri sabah keçiriləcək.

Çempionlar Liqası, 1/8 final mərhələsi, ilk oyunlar

23 fevral

Atletiko (İspaniya) – Çelsi (İngiltərə) 0:1
Qol: Jiru, 68.
Baş hakim: Feliks Brix (Almaniya)
Rumıniya, “Nasional” stadionu

Latsio (İtaliya) – Bavariya (Almaniya) 1:4
Qol: Korrea, 49 – Levandovski, 9. Musiala, 24. Sane, 42. Açerbi, 47-öz qapısına.
Baş hakim: Orel Qrinfeld (İsrail)
İtaliya, “Olimpiko” stadionu







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"