- Çempionlar liqası
- 14:35 23.01.2025
"Bavariya" klubunun futbolçusu Camal Musiala Çempionlar Liqasında yeni rekorda imza atıb.
Corner.az "Opta Sport"a istinadən xəbər verir ki, yarımmüdafiəçi qitənin bir nömrəli klub turnirində qol vuran ən gənc ingilis oyunçu olub.
O, İtaliyada 1/8 finalın "Latsio"ya qarşı ilk matçının 23-cü dəqiqəsində fərqlənib. Musiala 17 yaş 363-cü günündə rəqibi məyus etməyi bacarıb.
"Latsio" ilə görüş Münhen təmsilçisinin daha bir üzvü Coşua Kimmix üçün də əlamətdar olub. O, 50 Çempionlar Liqası görüşündə iştirak edib və bunların 38-də meydanı qələbə ilə tərk edib. Bu isə klub tarixində mütləq rekorddur.
UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin "Latsio" ilə oyununda fərqlənən "Bavariya"nın futbolçusu Robert Levandovski turnirdə 72-ci qolunu vurub.
Corner.az xəbər verir ki, 32 yaşlı hücumçu bu göstərici ilə ÇL tarixinin ən sərrast oyunçularının siyahısında 3-cü pilləyə yüksəlib.
Polşalı forvard "Real"ın əfsanəvi futbolçusu Raul Qonsalesi geridə qoyub. İspaniyalı veteran hücumçu Çempionlar Liqasında 71 dəfə qol sevinci yaşayıb.
İlk pillədə "Yuventus"dan Kriştiano Ronaldo qərarlaşıb. Onun aktivində 134 qol var. "Barselona"nın forvardı Lionel Messi isə 119 qolla ikincidir.
Qeyd edək ki, qarşılaşma "Bavariya"nın 4:1 hesablı qələbəsi ilə bitib.