26 mart 2026. Cümə axşamı

ÇL-da həftənin futbolçusu adına namizədlər


ÇL-da həftənin futbolçusu adına namizədlər

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Corner.az məlumatına görə, bu ada "Çelsi"dən Olivye Jiru, "Bavariya"da Robert Levandovski, "Real Madrid"dən Ferlan Mendi və "Mançester Siti"dən Joau Kanselu iddialıdır.

Jiru "Atletiko"ya 1:0 hesabı ilə qalib gəldikləri matçda, Levandovski  "Latsio"nu 4:1 məğlub etdikləri görüşdə fərqlənib. Mendi isə "Atalanta"ya qalib gəldikləri görüşdə yeganə qolun müəllifi olub.

Kanselu Almaniyanın "Borussiya" (Mönhenqladbax) komandasına qarşı 2:0 hesablı qələbə qazandıqları qarşılaşmada 95 faiz dəqiq ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"