1 oktyabr 2026. Cümə axşamı

Poçettino Barselona ilə cavab oyundan danışdı


Poçettino Barselona ilə cavab oyundan danışdı
PSJ-nin baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının 1/8 finalının “Barselona” ilə keçiriləcək cavab matçı haqda danışıb.

Corner.az xəbər verir ki, argentinalı mütəxəssis “Le Parisien”ə açıqlamasında “Nou Kamp”da rəqiblərinə 4:1 hesabı ilə qalib gəldiklərinə baxmayaraq, Kataloniya klubunun geridönüş etməsinin mümkün olduğunu bildirib:

“Futbolda istənilən nəticə qeydə alınır. Hətta ən gözlənilməz hesab da olur. Hər halda biz müsbət əhval-ruhiyyədəyik. Hər matça eyni çəkildə hazırlaşırıq. İndi nəyin qazanılması lazım olduğunu düşünürük”.

Qeyd edək ki, PSJ – “Barselona” matçı martın 10-da keçiriləcək.





Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”