6 dekabr 2025. Şənbə

PSJ - Başakşəhər matçının hakimləri ilə bağlı qərar verildi


PSJ - Başakşəhər matçının hakimləri ilə bağlı qərar verildi

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun PSJ - "Başakşəhər" matçının rumın hakimləri ilə bağlı qərar verib.

Corner.az qurumun saytına istinadən xəbər verir ki, görüşün 4-cü hakimi Sebastian Koltesku qayda pozuntusuna görə 2020/2021 mövsümünün sonuna qədər işindən kənarlaşdırılıb. O, UEFA hakimlər xidmətinin müəyyən etdiyi şərtlər altında 30 iyun 2021-ci ilə qədər bir təhsil proqramı keçəcək.

Qarşılaşmanın köməkçi hakimi Oktavian Sovreyə töhmət verilib. O, eyni zamanda təhsil kurslarına getməli olacaq. Həmin matçda qırmızı vərəqə alan İstanbul təmsilçisinin köməkçi məşqçisi Pyer Vebo isə qeyri-idman hərəkətlərinə görə bir oyunluq diskvalifikasiya edilib.

Xatırladaq ki, S.Koltesku  İstanbul klubunun köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlədib.  Bundan əlavə, baş hakim Ovidiu Hatseqan Veboya qırmızı vərəqə göstərib və onu texniki zonadan kənarlaşdırıb. Baş verənlərdən sonra "Başakşəhər" meydanı tərk edərək paltardəyişmə otağına gedib və matç yarımçıq dayandırılb. Növbəti gün qaldığı yerdən davam etdirilən matç PSJ-nin 5:1 hesablı qələbəsi ilə başa çatıb.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”