30 iyun 2026. Çərşənbə axşamı

Neymar Barselona ilə cavab matçında da oynamayacaq


Neymar Barselona ilə cavab matçında da oynamayacaq

PSJ-nin futbolçusu Neymar "Barselona" ilə Çempionlar Liqasının1/8 final mərhələsinin cavab matçını da buraxmalı olacaq.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu ümumi qrupla məşqlərə ötən həftə qismən başlayıb. O, hazırda məşqlərini fərdi davam etdirir.

Paytaxt klubunun digər oyunçusu Xuan Bernat fərdi məşqləri davam etdirir, Moyze Kin isə koronavirus səbəbindən təcrid olunub. Bundan əlavə, Serxio Riko şəxsi ailə səbəblərinə görə bugünkü məşqi buraxıb.

Qeyd edək ki, martın 10-da keçiriləcək PSJ - "Barselona" matçı Bakı vaxtı ilə saat 24:00-da başlayacaq. 







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu