30 iyun 2026. Çərşənbə axşamı

Dortmunda böyük istək və həvəslə gəlmişik


Dortmunda böyük istək və həvəslə gəlmişik

 “Sevilya"nın baş məşqçisi Xulen Lopeteqi Çempionlar Liqasında “Borussiya”ya (Dortmund) qarşı keçirəcəkləri cavab oyunu ilə bağlı fikirlərini bildirib.

Corner.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan ispaniyalı mütəxəssis, Almaniyaya böyük istəklə gəldiklərini deyib:

“Dortmunda böyük istək və həvəslə gəlmişik. Bütün gücümüzlə mübarizə aparacağıq. Bu oyundan çox şey gözlənildiyini bilirik. Sıx qrafikdəyik və bunun bir sıra problemləri var. Əsas olan bu çətinliklərin öhdəsindən necə gəlməyinizdir. Çətin olacaq, lakin çalışacağıq.

Yaxşı futbolçuları olan güclü komandaya qarşı oynayacağıq. Rəqibin futbolçusu Erlinq Haland dünya səviyyəli bir hücumçudur”.

Qeyd edək ki, bu gün keçiriləcək “Borussiya” – “Sevilya” matçı saat 00:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda almanlar 3:2 hesablı qələbə qazanıb.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu