26 mart 2026. Cümə axşamı

Borussiya 1/4 finalda, Yuventus mübarizəni dayandırdı


Borussiya 1/4 finalda, Yuventus mübarizəni dayandırdı

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

“Borussiya” (Dortmund) klubu doğma meydanda  “Sevilya”nı qəbul edib. Komandalar arasında keçirilən ilk oyunda dortmundlular 3:2 hesablı qalib gəlmişdilər. Bu oyunda heç-heçə qeydə alınsa da, növbəti mərhələyə Bundesliqa klubu adlayıb.

Günün digər matçı İtaliyada baş tutub. “Yuventus” burada  “Portu”nu qəbul edib. İlk oyunda rəqibinə 1:2 hesabıyla məğlub olan Turin təmsilçisi mərhələ adlamaq üçün ya qol buraxmadan qələbə qazanmalı, ya da ən azı iki top fərqiylə rəqibini məğlub etməliydi. Lakin "qoca sinyora" ümumi hesabda tarazlıq yaratsa da, səfərdə daha çox qol vurması “Portu”nu 1/4 finala adladıb.

1/8 final mərhələsinin digər cavab oyunları sabah keçiriləcək.

Çempionlar Liqası, 1/8 final mərhələsi, cavab oyunları

9 mart

Borussiya (Dortmund, Almaniya) – Sevilya (İspaniya) 2:2
Qol: Haland, 35; 54 – En Nesiri, 69-pen; 90+6.
İlk oyun – 3:2

Yuventus (İtaliya) – Portu (Portuqaliya) 3:2
Qol: 
Kyeza, 49; 63. Rabyo, 117 – S.Oliveyra, 19-pen; 115.
İlk oyun – 1:2







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"