- Çempionlar liqası
- 22:50 27.11.2025
"Borussiya" (Dortmund) klubunun futbolçusu Erlinq Halann UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
Corner.az-ın məlumatına görə, norveçli hücumçu turnirin tarixində ən tez 20 qola çatan oyunçu olub.
20 yaşlı futbolçu "Sevilya" ilə 1/8 final mərhələsinin cavab görüşündə "dubl" edib. Beləliklə, Halann Çempionlar Liqasındakı 14 matçında 20 dəfə fərqlənib.
"Tottenhem"in futbolçusu Harri Keyn bu göstəriciyə çatmaq üçün 24, "Yuventus"un sabiq oyunçusu Alessandro Del Pyero isə 26 oyun keçirib.
Qeyd edək ki, "Borussiya" - "Sevilya" matçında qalib müəyyənləşməyib - 2:2.