- Çempionlar liqası
- 22:50 27.11.2025
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Yuventus" "Portu" ilə üz-üzə gəlib.
Corner.az xəbər verir ki, “Yuventus” matçda 3:2 hesabı ilə qələbə qazansa da, iki görüşün nəticəsinə əsasən, səfərdə daha çox qol vuran qonaqlar növbəti mərhələyə adlayıblar. Bu səbəbdən “qoca sinyora” turnirdə mübarizəni dayandırmalı olub.
"Qızıl top"un beşqat sahibi Kriştiano Ronaldo 2021-ci ildə pley-off-un iki matçında fərqlənə bilməyib. Otuz altı yaşlı portuqaliyalı 2005-ci ildən ilk dəfə analoji passivliklə yadda qalıb. Həmin vaxt o, "Mançester Yunayted"in heyətində çıxış edəndə də adını fərqlənənlər siyahısına yazdıra bilməyib.
Qeyd edək ki, Ronaldo 2006-cı ildə Çempionlar Liqasının pley-off-unda oynamayıb. O, bundan sonra hər il analoji matçlarda qolları ilə yadda qalıb.