30 iyun 2026. Çərşənbə axşamı

Yuventus antirekorda imza atdı


Yuventus antirekorda imza atdı

"Yuventus" klubu UEFA Çempionlar Liqasında antirekorda imza atıb.

Corner.az-ın məlumatına görə, Turin təmsilçisi tarixində nüfuzlu klub turnirində ardıcıl ikinci mövsüm 1/8 final mərhələsində mübarizəni dayandırıb.

Andrea Pirlonun baş məşqçi olduğu komanda ilk matçda "Portu"ya 1:2 hesabı ilə məğlub olub. "Qoca sinyora" cavab görüşünün əsas vaxtında eyni hesabla qələbə qazansa da, əlavə vaxtda hər iki komanda bir dəfə fərqlənib və "Portu" növbəti mərhələyə adlayıb.

Turinlilər ötən mövsüm iki görüşün nəticəsinə əsasən "Lion"a uduzub - 0:1. 2:1.

Beləliklə, "Yuventus" Çempionlar Liqasında və Avropa Çempionlar Kubokunda tarixdə ilk dəfə ardıcıl iki mövsüm 1/8 finalda mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, "Yuventus" ötən il "Lion"la matçlardan sonra baş məşqçisi Mauritsio Sarrini istefaya göndərmişdi.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu