26 mart 2026. Cümə axşamı

Mümkünsüz heç nə yoxdur – Kuman


Mümkünsüz heç nə yoxdur – Kuman

“Barselona”nın baş məşqçisi Ronald Kuman Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində PSJ-yə qarşı keçirəcəkləri cavab oyunu ilə bağlı fikirlərini bildirib.

Corner.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan niderlandlı mütəxəssis, matçla bağlı bunları deyib:

“Oyuna yaxşı başlamalı, rəqibin planlarını pozmalıyıq. Bu, özümüzdən asılıdır. PSJ ilk oyunda gücünü göstərdi. Komandamız hər zaman qol imkanları yaradır. Mümkünsüz heç nə yoxdur. “Barselona” hər oyunda qələbə qazanmaq istəyir. PSJ Çempionlar Liqasını qazanmaq istəyən güclü komandadır. Ümid edirəm ki, onları əsəbləşdirə bilərik.

Bu mövsüm heç bir oyuna tam heyətimizlə çıxmamışıq. Müdafiədə itkilərimiz var, lakin biz 1-2 futbolçudan asılı deyilik. Güclü komandamız var və bunu göstərməyə çalışacağıq”.

Bu gün keçiriləcək PSJ – “Barselona” matçı saat 00:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda PSJ 4:1 hesablı qələbə qazanıb.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"