1 fevral 2026. Bazar günü

Çempionlar Liqası oyununun yeri dəyişdirildi


Çempionlar Liqası oyununun yeri dəyişdirildi

"Mançester Siti" Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə "Borussiya" (Mönhenqladbax) klubunu İngiltərədə qəbul edə bilməyəcək.

Corner.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma martın 16-da Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.

Məkan dəyişikliyinə səbəb kimi koronavirus pandemiyasına görə tətbiq edilən səyahət məhdudiyyətləri göstərilib.

Qeyd edək ki, komandalar arasındakı ilk görüşdə "Mançester Siti" qələbə qazanıb - 2:0. Həmin görüş də "Puşkaş Arena"da gerçəkləşib.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”