1 fevral 2026. Bazar günü

Liverpul 1/4 finalda, Barselona dayandı


Liverpul 1/4 finalda, Barselona dayandı

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 görüşü baş tutub.

Corner.az xəbər verir ki, “Liverpul” və “Leypsiq” arasındakı qarşılaşma pandemiya səbəbindən yenə Macarıstanda  keçirilib.

İlk görüşdə 2:0 hesablı qələbə qazanan Mersisayd təmsilçisinin növbəti mərhələyə yüksəlmək şansı daha çox idi. Belə də olub. İnamlı qələbə qazanan "Liiverpul" 1/4 finala yüksəlib. 

Gecənin daha bir qarşılaşması Fransada keçirilib. İlk oyunda “Barselona”nı 4:1 hesabı ilə darmadağın edən PSJ 1/4 finala adlamaq şansı daha çox idi. Gözlənildiyi kimi, Paris təmsilçisi bu üstünlüyünü qoruyaraə və növbəti mərhələyə vəsiqə qazanıb.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin cavab görüşləri
10 mart

“Liverpul” (İngiltərə) – “Leyptsiq” (Almaniya) 2:0
Qol: Salah, 71. Mane, 74.
Budapeşt, “Puşkaş Arena”. Baş hakim Kleman Tyurpen (Fransa)
İlk oyun - 2:0

PSJ (Fransa) – “Barselona” (İspaniya) 1:1
Qol: Mbappe, 31-pen - Messi, 37.
Paris, “Park-de-Prens”. Baş hakim Entoni Teylor (İngiltərə)

İlk oyun - 4:1







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”