1 fevral 2026. Bazar günü

Messi və Barselona'nın antirekordları


Messi və Barselona'nın antirekordları

 "Barselona"nın Çempionlar Liqasında PSJ ilə 1:1 hesablı heç-heçə etdiyi 1/8 final mərhələsinin cavab oyunu antirekordlarla əlamətdar olub.

Corner.az-ın məlumatına görə, ilk matçda rəqibinə 1:4 hesabı ilə məğlub olan Kataloniya təmsilçisi 2006/2007 mövsümündən sonra ilk dəfə 1/8 final mərhələsinə yüksələ bilməyib. Komanda həmin vaxtdan ardıcıl 13 mövsüm 1/4 finala vəsiqə qazanıb.

Qarşılaşma argentinalı futbolçu Lionel Messi üçün də antirekordla yadda qalıb. 33 yaşlı hücumçu 2015-ci ildən sonra ilk dəfə Çempionlar Liqasında penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. 6 il əvvəl argentinalı oyunçunun zərbəsini İngiltərənin "Mançester Siti" klubunun sabiq qapıçısı Co Hart, PSJ ilə matçda isə Keylor Navas dəf edib.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”