1 oktyabr 2026. Cümə axşamı

ÇL-da həftənin futbolçusu adına namizədlər


ÇL-da həftənin futbolçusu adına namizədlər

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk 4 cavab matçından sonra həftənin oyunçusu adına namizədlər bəlli olub.

Corner.az-ın məlumatına görə, bu ada "Borussiya" (Dortmund)dan Erlinq Holann, "Portu"dan Serjiu Oliveyra, "Liverpul"dan Fabinyo və PSJ-nin qapıçısı Keylor Navas iddia edir.

Holann "Sevilya" ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdə, Oliveyra isə "Yuventus"a əlavə vaxtda 2:3 məğlub olduqları qarşılaşmada dubl edib.

Fabinyonun "Leyptsiq"ə 2:0 hesabı ilə qalib gəldikləri görüşdə ötürmələrinin 79 faizi dəqiq olub. Navas isə "Barselona" ilə 1:1 hesablı bərabərə qardıqları matçda 9 qurtarışla yadda qalıb.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”