6 dekabr 2025. Şənbə

Mbappe ÇL-nın rekordçusuna çevrildi


Mbappe ÇL-nın rekordçusuna çevrildi
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Barselona” klubu ilə cavab oyunu PSJ-nin hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.
 
Corner.az xəbər verir ki, 1:1 hesabıyla bitən matçda komandasının yeganə qolunu 25-ci dəqiqədə penaltidən dəqiq yararlanan Mbappe vurub.
 
Bununla da fransız futbolçu Avropanın ən nüfuzlu klub turnirində vurduğu qolların sayını 25-ə çatdırıb. O, ÇL-də 25 qol vurmağı bacaran ən gənc (22 yaş 80 gün) futbolçuya çevrilib.
 
Bundan əvvəlki rekord Lionel Messiyə (22 yaş 286 gün) məxsus idi.
 
Kilian Mbappe həm də UEFA Çempionlar Liqasında bir mövsüm ərzində “Barselona”ya 4 qol vurmağı bacaran ilk futbolçu olub. O, səfərdə 4:1 hesablı qələbəyə sevindikləri görüşdə də het-trikə imza atmışdı.
 
Qeyd edək ki, Mbappe bu mövsüm PSJ-də 33 oyuna çıxıb və 26 qola imza atıb, 9 məhsuldar ötürmə müəllifi olub.






Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”