26 yanvar 2025. Bazar günü

Qrizmann PSJ-lə matçdan danışdı


Qrizmann PSJ-lə matçdan danışdı

"Barselona”nın futbolçusu Antuan Qrizmann Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ-yə qarşı keçirdikləri cavab oyununu şərh edib.

Corner.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan fransalı yarımmüdafiəçi, 1:1 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“İlk oyundan sonra yaxşı təsir bağışladıq. Xüsusilə də, ilk hissədə çoxlu qol imkanlarımız oldu, lakin dəyərləndirə bilmədik. Dörd dəfə yüz faizlik qol epizodumuz və bir uğursuz penaltimiz oldu. Bu dəfə ilk oyundan daha yaxşı oynadıq. Bütün gücümüzü meydanda ortaya qoyduq. Rəqibin qapıçısı Keylor Navas inanılmaz oyun keçirdi.

PSJ ilə matç bizə inam verdi. Başımızı qaldırıb, irəli baxmalıyıq. Düşünürəm ki, Çempionlar Liqası ilə belə erkən vidalaşmalı deyildik. Növbəti mövsümdə Çempionlar Liqasını qazanmağa çalışacağıq”.

Qeyd edək ki, “Barselona” iki oyunun (ilk oyun 1:4, cavab oyunu 1:1) nəticəsinə görə PSJ-yə uduzaraq, ÇL-də mübarizəni 1/8 final mərhələsində mübarizəni dayandırıb.







Çempionlar liqası

"Bu qələbə bizə inam verdi"
  • Çempionlar liqası
  • 12:58 23.01.2025
"Bu qələbə bizə inam verdi"
“Komandamız hazırda əla formadadır"
  • Çempionlar liqası
  • 12:56 23.01.2025
“Komandamız hazırda əla formadadır"
"Biz eyni məcrada davam etməliyik”
  • Çempionlar liqası
  • 12:54 23.01.2025
"Biz eyni məcrada davam etməliyik”
"Rəqibimiz layiqli qələbə qazandı"
  • Çempionlar liqası
  • 12:19 23.01.2025
"Rəqibimiz layiqli qələbə qazandı"
"İlk qolumuz geri dönüşdə əsas məqam oldu"
  • Çempionlar liqası
  • 12:09 23.01.2025
"İlk qolumuz geri dönüşdə əsas məqam oldu"
"Hər şey öz əlimizdədir"  - Simone İnzaqi
  • Çempionlar liqası
  • 11:38 23.01.2025
"Hər şey öz əlimizdədir" - Simone İnzaqi