26 yanvar 2025. Bazar günü

Dinamo'nun baş məşqçisi həbs olundu


Dinamo'nun baş məşqçisi həbs olundu

"Dinamo Zaqreb"in baş məşqçisi Zoran Mamiç 4,5 il müddətinə azadlıqdan məhrum edilib.

Corner.az yerli mətbuata istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis korrupsiyaya görə həbs cəzası alıb.

Klubun idman direktoru vəzifəsində də çalışan Zoran Mamiçin qardaşı Zdvarko Mamiçə isə 6,5 il həbs cəzası verilib. Zoran Mamiç törətdiyi əməli boynuna almayıb və klubdakı hər iki vəzifəsindən istefa verdiyini açıqlayıb.

Qeyd edək ki, Zoran Mamiç və Zdvarko Mamiç korrupsiya və mütəşəkkil cinayətkarlıq ittihamları ilə bağlı istintaqa cəlb edilmişdi. Hər iki şəxs 2008-ci ildən indiyədək klubun büdcəsindən 17,3 milyon ABŞ dolları mənimsəməkdə ittiham olunub. Qardaşlar 1,8 milyon ABŞ dolları məbləğində vergi ödəməməkdə də günahlandırılıb.







Çempionlar liqası

"Bu qələbə bizə inam verdi"
  • Çempionlar liqası
  • 12:58 23.01.2025
"Bu qələbə bizə inam verdi"
“Komandamız hazırda əla formadadır"
  • Çempionlar liqası
  • 12:56 23.01.2025
“Komandamız hazırda əla formadadır"
"Biz eyni məcrada davam etməliyik”
  • Çempionlar liqası
  • 12:54 23.01.2025
"Biz eyni məcrada davam etməliyik”
"Rəqibimiz layiqli qələbə qazandı"
  • Çempionlar liqası
  • 12:19 23.01.2025
"Rəqibimiz layiqli qələbə qazandı"
"İlk qolumuz geri dönüşdə əsas məqam oldu"
  • Çempionlar liqası
  • 12:09 23.01.2025
"İlk qolumuz geri dönüşdə əsas məqam oldu"
"Hər şey öz əlimizdədir"  - Simone İnzaqi
  • Çempionlar liqası
  • 11:38 23.01.2025
"Hər şey öz əlimizdədir" - Simone İnzaqi