1 fevral 2026. Bazar günü

Mançester Siti və Qvardioladan yeni uğur


Mançester Siti və Qvardioladan yeni uğur

 "Mançester Siti" klubu bu mövsüm bütün turnirlərdə 100 qol həddini keçib.

Corner.az-ın məlumatına görə, "şəhərlilər" ardıcıl 8-ci mövsüm bu nailiyyətə imza atıb. Premyer Liqa komandalarından yalnız "Mançester Yunayted" daha uzun - 9 mövsümlük (2004/2005 - 2012/2013) seriyaya malik olub.

Bundan başqa Pep Qvardiolanın baş məşqçi olduğu kollektiv 2008/2009 mövsümündən etibarən bütün 12 mövsüm ərzində ən azı 100 qol vurub. Bu müddətdə təcrübəli mütəxəssis rəhbərlik etdiyi bütün komandalarla - "Barselona", "Bavariya" və "Mançester Siti" ilə ümumilikdə 686 oyuna 1 718 dəfə fərqlənib.

Qeyd edək ki, "Mançester Siti" bu gecə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə Almaniyanın "Borussiya" (Mönhenqladbax) komandasını 2:0 hesabı ilə yenib.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”