26 mart 2026. Cümə axşamı

Çempionlar Liqasının finalı azarkeşlərlə keçiriləcək


Çempionlar Liqasının finalı azarkeşlərlə keçiriləcək

Bu mövsüm UEFA Çempionlar Liqasının final oyunu azarkeşlərin iştirakı ilə keçiriləcək.

Corner.az ESPN-ə istinadən xəbər verir ki, Avropada peyvəndləmə prosesinin sürətlənməsini nəzərə alan qitə futbol qurumu həlledici matça məhdud sayda tamaşaçının buraxılacağına ümid edir.

Həmçinin UEFA turnirin bəzi 1/8 final görüşlərinin neytral meydanlara salınmasına baxmayaraq, növbəti mərhələlərdə ənənəvi formatda təşkil olunacağına inanır.

Qurum daha əvvəl AVRO-2020-nin azarkeşlərlə keçiriləcəyini açıqlayıb.

Qeyd edək ki, final oyunu mayın 29-da Türkiyənin İstanbul şəhərində gerçəkləşəcək.(report)







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"