26 mart 2026. Cümə axşamı

Real'ın futbolçusu ÇL-nın tarixinə düşdü


Real'ın futbolçusu ÇL-nın tarixinə düşdü

"Real” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Atalanta”nı məğlub edib.

Corner.az “Opta”ya istinadən xəbər verir ki, "Kral klubu"nun futbolçusu Toni Kroos sözügedən qarşılaşmada çıxış edərək, Çempionlar Liqasının tarixinə düşüb. Belə ki, 31 yaşlı yarımmüdafiəçi ÇL-də 100 və daha çox oyun keçirən 4-cü almaniyalı futbolçu olub. “Atalanta” ilə matç Kroosun turnirdəki 100-cü matçı olub.

Çempionlar Liqasında ən çox oyun keçirən alman futbolçu Manuel Noyerdir. “Bavariya”da çıxış edən qapıçı turnirdə 117 oyuna çıxıb.

Qeyd edək ki, “Real” “Atalanta”nı ilk oyunda 1:0, cavab matçında isə 3:1 hesabıyla məğlub edərək, 1/4 final mərhələsinə vəsiqə qazanıb.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"