15 may 2026. Cümə

Qvardiola Mourinyo'nu geridə qoydu


Qvardiola Mourinyo'nu geridə qoydu

“Mançester Siti” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Borussiya”nı (Münhenqladbax) məğlub edib – 2:0.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, “şəhərlilər”in çalışdırıcısı Pep Qvardiola yeni uğura imza atıb. Belə ki, ispan mütəxəssis Çempionlar Liqasında Joze Mourinyonu geridə qoyaraq, ən çox qələbə qazanan 4-cü baş məşqçi olub.

Mourinyonun ÇL-də 81, Qvardiolanın isə 82 qələbəsi var. Turnirin bu göstəricidə mütləq rekordçusu isə “Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyusondur. Onun aktivində 102 qələbə var.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"