26 mart 2026. Cümə axşamı

Bavariya və Çelsi də 1/4 finalda


Bavariya və Çelsi də 1/4 finalda

 UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçirilib.

Corner.az xəbər verir ki, günün maraqla gözlənilən qarşılaşması Londonda baş tutub.

 “Çelsi” doğma meydanda “Atletiko”nu qəbul edib. Komandalar arasında keçirilən ilk oyunda “Çelsi” minimal hesablı qələbə qazanmışdı. Cavab görüşündə də qalib gələn "zadəganlar" mərhələ adlayan tərəf olub.

Günün digər matçında “Bavariya” doğma meydanda “Latsio”nu qəbul edib. İlk oyunda rəqibini darmadağın edən Münhen təmsilçisi cavab görüşündə də qələbə qazanaraq 1/4 finala yüksəlib.

Çempionlar Liqası, 1/8 final mərhələsi, cavab oyunları

16 mart

Mançester Siti (İngiltərə) – Borussiya (Münhenqladbax, Almaniya) 2:0
Qol: 
De Bruyne, 12. İ.Gündoğan, 18.
İlk oyun – 2:0

Real (İspaniya) – Atalanta (İtaliya) 3:1
Qol
: Benzema, 34. S.Ramos, 60-pen. Asensio, 85 – Muriel, 83.
İlk oyun – 1:0

17 mart

Bavariya (Almaniya) – Latsio (İtaliya) 2:1
Qol: Levandovski, 33-pen. Şupo-Motinq, 73 – Parolo, 82.
İlk oyun – 4:1

Çelsi (İngiltərə) – Atletiko (İspaniya) 2:0
Qol: 
Ziyex, 34. Emerson, 90+4.
İlk oyun – 1:0







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"