26 mart 2026. Cümə axşamı

ÇL-da həftənin futbolçusu adına namizədlər


ÇL-da həftənin futbolçusu adına namizədlər

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin son 4 cavab matçının ardından həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Corner.az-ın məlumatına görə, bu ada "Mançester Siti"dən Kevin De Bruyne, "Real Madrid"dən Luka Modriç, "Bavariya"dan Coşua Kimmix və "Çelsi"dən NQolo Kante iddia edir.

De Bruyne "Borussiya" (Mönhenqladbax)nı 2:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib. Modriç "Atalanta"ya 3:1 hesabı ilə qalib gəldikləri matçda məhsuldar ötürmə ilə yadda qalıb və 94 faiz dəqiq ötürmə ilə oynayıb.

Kante "Atletiko" (Madrid)nu 2:0 hesabı ilə üstələdikləri görüşdə 88 faiz dəqiq ötürmə verib. Kimmixin isə ötürmələrinin 87 faizi "Latsio"nu 2:1 hesabı məğlub etdikləri qarşılaşmada dəqiq alınıb.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"