25 mart 2026. Çərşənbə

Mbappe hər iki futbolçunun yerini doldura bilməz - Tuchel


Mbappe hər iki futbolçunun yerini doldura bilməz - Tuchel

"Manchester United"in əsas  futbolçusu Paul  Pogbadır. Ondan topu almaq mümkünsüz kimidir. Təkbətək mübarizədə çox güclüdür. Hər an fərq yarada bilir. Hazırda komandada lider  kimi oynamağa başlayıb. Martialla bir-birlərini çox yaxşı başa düşürlər. Bir sözlə, çox təhlükəli futbolçudur".

Corner.az-ın məlumatına görə, bu sözləri PSG-nin baş məşqçisi Thomas Tuchel Çempionlar Liqasının 1/8 finalında "Manchester United"lə ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.O  komandanı aparıcı futbolçuları Edinson Cavani və Neymarın oynamamağına da  münasibət bildirib: "Mbappe hər iki oyunçunun yerini  doldura  bilməz. Neymar səviyyəsində oyunçular oynamadığı zaman onun  yerini doldurmaq mümkünsüzdür. Neymarın yeri görünəcək".

Qeyd edək  ki, Cavani və Neymar zədə səbəbindən bu gecə oynamayacaq.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"