6 dekabr 2025. Şənbə

Bu, mövsümün ən vacib oyunudur - Zidan


Bu, mövsümün ən vacib oyunudur - Zidan

 “Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/4 final mərhələsində “Liverpul”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

Corner.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan 48 yaşlı fransalı mütəxəssis, “Liverpul”un qüsursuz komanda olduğunu deyib:

“Bizi nəyin gözlədiyini bilirik. Bütün diqqətimiz oyundadır, başqa bir şey haqda düşünmürük. Bu, mövsümün ən vacib oyunudur.

“Liverpul” qüsursuz komandadır. Yaxşı hücum gücü var və sərt oynayan rəqibdir. Onlar yaxşı komanda oyunu göstərirlər. Hər iki komandanın heyətində zədəli futbolçular var. Futbolda güc komanda oyunundan alınır”.

Qeyd edək ki, bu gün keçiriləcək “Real” – “Liverpul” matçı saat 23:00-da start götürəcək.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”