6 dekabr 2025. Şənbə

Bura qisas almaq üçün gəlməmişik - Klopp


Bura qisas almaq üçün gəlməmişik -  Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/4 final mərhələsində İspaniya “Real”ına qarşı keçirəcəkləri ilk oyundan əvvəl fikirlərini bildirib.

Corner.az xəbər verir ki, “Sky Sports”a danışan 53 yaşlı almaniyalı mütəxəssis, növbəti mərhələyə yüksəlmək istədiklərini deyib:

“Mənim motivasiyam yüksək səviyyədədir. Növbəti mərhələyə yüksəlmək istəyirik. 2018-ci ildəki final matçını artıq unutmuşuq. Bura qisas almaq üçün gəlməmişik. Lakin növbəti mərhələyə çıxsaq, yaxşı olardı. Hər kəs “Real”ı favorit görür. Olsun, rəqiblə heç bir problemimiz yoxdur”.

Qeyd edək ki, bu gün keçiriləcək “Real” – “Liverpul” matçı saat 23:00-da başlayacaq. Komandalar Çempionlar Liqasının 2018-ci ildəki final matçında qarşılaşmış və “Real” 3:1 hesablı qələbə qazanmışdı.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”