1 oktyabr 2026. Cümə axşamı

Qnabri PSJ ilə oyunları buraxacaq


Qnabri PSJ ilə oyunları buraxacaq

 "Bavariya" PSJ  ilə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunu öncəsi daha bir futbolçusunu itirib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Münhen klubunun yarımmüdafiəçisi Serj Qnabridə koronavirus aşkarlandığı üçün qarşılaşmanı buraxacaq.

Karantinə alınan 25 yaşlı oyunçunun durumunun qənaətbəxş olduğu və özünü yaxşı hiss etdiyi vurğulanıb.

Bundesliqa təmsilçisinin bombardiri Robert Levandovski isə zədə səbəbindən parislilərə qarşı oynaya bilməyəcək.

Qeyd edək ki, "Bavariya" - PSJ görüşü aprelin 7-də keçiriləcək.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”