1 fevral 2026. Bazar günü

Mançester Siti və Real'dan qələbə


Mançester Siti və Real'dan qələbə
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunlarına start verilib.
 
Corner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
 
 “Real”  doğma meydanda “Liverpul”  ilə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı bu oyunda meydan sahibləri inamlı qələbə qazanıb.
 
İngiltərənin digər təmsilçisi “Mançester Siti” isə doğma meydanda Dortmund “Borussiya”sı ilə üz-üzə gəlib. "Şəhərlilər" bu görüşdən çətin qələbə qazanıb.
 
UEFA Çempionlar Liqası
1/4 finalın ilk oyunları
6 aprel

 
Real (İspaniya) - Liverpul (İngiltərə) 3:1
Qol: J.Vinisius, 27; 65. Asensio, 36 - Salah, 51.

Mançester Siti (İngiltərə) - Borussiya (Dortmund, Almaniya) 2:1
Qol: De Breyne, 19. Foden, 90 - Roys, 84.






Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”