6 dekabr 2025. Şənbə

Çempionlar Liqasının hakimi futbolçudan avtoqraf alıb


Çempionlar Liqasının hakimi futbolçudan avtoqraf alıb

 “Mançester Siti” və “Borussiya" (Dortmund) komandaları arasında keçirilən Çempionlar Liqasının 1/4 finalının birinci oyunundan sonra mətbuatda xeyli müzakirələrə yol açan maraqlı hadisə baş verib.

Corner.az-ın “TalkSport” nəşrinə istinadən məlumatına görə, oyunun başa çatmasından dərhal sonra rumıniyalı yan xətt hakimi Oktavian Şövre 20 yaşlı hücumçu Erlinq Holanda yaxınlaşaraq, ondan avtoqraf alıb.

İngiltərə Premyer Liqasının sabiq oyunçuları Ouen Harqrivz və Coleon Leskot hakimin bu addımını tənqid ediblər.

“Təbii ki, hər bir başqa insan kimi siz də oyunçunun (Holandın) pərəstişkarı ola bilərsiz, amma bunu belə vaxt etmək olmaz, bu, sadəcə, düzgün deyil”, - vaxtilə “Mançester Yunayted”in şərəfini qorumuş Harqrivz deyib.

“Bunun üçün heç vaxt uyğun vaxt olmur, belə davranış hakim üçün yaxşı heçnə vəd etmir. Bu, sadəcə, uşaqlıq kimi görünürdü”, - Leskot əlavə edib.(report)







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”