1 fevral 2026. Bazar günü

ÇL-nın tarixinə düşdü - 20 yaşında


ÇL-nın tarixinə düşdü - 20 yaşında

"Real” Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında “Liverpul”a qalib gəlib – 3:1.

Corner.az “OptaPaolo”ya istinadən xəbər verir ki, sözügedən qarşılaşmada dubl edən “Real”ın hücumçusu Vinisius Junior turnirin tarixinə düşüb. Belə ki, braziliyalı futbolçu Çempionlar Liqasının 1/4 final mərhələsində qol vuran ən gənc oyunçu olub. O, bu göstəriciyə 20 yaş 268 günlüyündə nail olub.

Bundan əvvəlki rekord “Milan”ın sabiq futbolçusu Kakaya aid idi. Braziliyalı sabiq yarımmüdafiəçi Çempionlar Liqasının 1/4 finalında qol vurarkən, 21 yaş 336 günlük idi. O, 2003-cü ildə “Deportivo” ilə keçirilən matçda (4:1) iki qol vurmuşdu.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”