6 may 2026. Çərşənbə

ÇL-da həftənin futbolçusu adına namizədlər


ÇL-da həftənin futbolçusu adına namizədlər

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Corner.az-ın məlumatına görə, bu ada "Mançester Siti" klubundan Kevin De Bruyne, "Real Madrid"dən Vinisius Junior, PSJ-dən Kilian Mbappe və "Çelsi"dən Jorjinyo iddia edir.

De Bruyne evdə "Borussiya" (Dortmund) klubuna 2:1 hesabı ilə qalib gəldikləri görüşdə fərqlənib. Jorjinyo "Portu"nu 2:0 hesabı ilə yendikləri matçda məhsuldar ötürmə ilə yadda qalıb.

Vinisius Junior "Liverpul"u 3:1 hesabı ilə məğlub etdikləri ev oyununda, Mbappe isə "Bavariya"nı 3:2 hesabı ilə üstələdikləri qarşılaşmada dubl edib.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"