1 fevral 2026. Bazar günü

Mbappe ÇL-da rekorda imza atdı


Mbappe ÇL-da rekorda imza atdı

Çempionlar Liqasının 1/4 finalının ilk oyununda “Bavariya” PSJ-ni qəbul edib.

Corner.az xəbər verir ki, Münhendəki “Alyans Arena”da baş tutan oyun Paris təmsilçisinin 3:2 hesablı qələbəsiylə yekunlaşıb.“Parislilər”in heyətində Kilian Mbappe dubl edib, digər qolu isə Markinyos vurub. Meydan sahiblərindən isə Erik Şupo-Motinq və Tomas Müller fərqlənib.

UEFA-nın tvitterdəki səhifəsində bildirildiyi kimi, Mbappe bu qarşılaşmada Çempionlar Liqası rekorda imza atıb. 22 yaşlı fransalı futbolçu, bu turnirin 1/8 və 1/4 finalında bir mövsümdə 5 qol vuran ilk oyunçu olub.

PSJ və “Bavariya” arasındakı cavab görüşü aprelin 13-də Parisdə baş tutacaq.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”