26 yanvar 2025. Bazar günü

Bavariya'nın seriyası qırıldı, futbolçusu rekorda imza atdı


Bavariya'nın seriyası qırıldı, futbolçusu rekorda imza atdı

 "Bavariya"nın futbolçusu Tomas Müller Çempionlar Liqasında yeni nailiyyətə imza atıb.

Corner.az-ın məlumatına görə, 31 yaşlı hücumçu qitənin bir nömrəli turnirində 48-ci qolunu vurub.

Almaniyalı futbolçu PSJ-yə 2:3 hesabı ilə uduzduqları 1/4 final mərhələsinin ilk matçında fərqlənib. O, Çempionlar Liqasında bombardirlər siyahısında Andrey Şevçenko və Zlatan İbrahimoviçə çatıb.

Müllerdən daha çox qolu Alfredo di Stefano (49) Tyerri Anri (50), Rud van Nistelroy (56), Kərim Benzema (70), Raul Qonsales (71), Robert Levandovski (73), Lionel Messi (120) və Kriştianu Ronaldu (134) vurub.

"Bavariya" həmçinin 2019-cu ilin noyabrından sonra ilk dəfə doğma meydanda uduzub. Münhen təmsilçisi son olaraq 2019/2020 mövsümündə Bundesliqanın XIII turunda "Bayer" (Leverkuzen) klubuna məğlub olub.

Qeyd edək ki, PSJ və "Bavariya" komandaları arasındakı cavab matçı aprelin 14-də olacaq.







Çempionlar liqası

"Bu qələbə bizə inam verdi"
  • Çempionlar liqası
  • 12:58 23.01.2025
"Bu qələbə bizə inam verdi"
“Komandamız hazırda əla formadadır"
  • Çempionlar liqası
  • 12:56 23.01.2025
“Komandamız hazırda əla formadadır"
"Biz eyni məcrada davam etməliyik”
  • Çempionlar liqası
  • 12:54 23.01.2025
"Biz eyni məcrada davam etməliyik”
"Rəqibimiz layiqli qələbə qazandı"
  • Çempionlar liqası
  • 12:19 23.01.2025
"Rəqibimiz layiqli qələbə qazandı"
"İlk qolumuz geri dönüşdə əsas məqam oldu"
  • Çempionlar liqası
  • 12:09 23.01.2025
"İlk qolumuz geri dönüşdə əsas məqam oldu"
"Hər şey öz əlimizdədir"  - Simone İnzaqi
  • Çempionlar liqası
  • 11:38 23.01.2025
"Hər şey öz əlimizdədir" - Simone İnzaqi