24 oktyabr 2024. Cümə axşamı

Özlərini qurban verdilər - Poçettino


Özlərini qurban verdilər - Poçettino

PSJ-nin baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində səfərdə “Bavariya” üzərində qazanılan 3:2 hesablı qələbəni şərh edib.

Corner.az xəbər verir ki, mütəxəssis rəhbərlik etdiyi komandanın Avropanın ən yaxşılarından birini məğlub etdiyini bildirib: “Nəticədən razıyam. Futbolçuları təbrik etməliyik. Onlar özlərini qurban verdilər. Bu oyunu təkrarlamağa çalışmalıyıq”.

Poçettinonun sözlərinə görə, komanda qələbə qazananda fikir söyləmək daha asandır: “Oyun planım? Qalib gəldikdə qərarlarınızı izah etmək hər zaman daha asandır. Hər kəs sizin düzgün seçim etdiyinizi düşünür. Ancaq qələbə oyunçuların ləyaqətidir, əsas personaj onlardır. Qarşıda 90 dəqiqəlik daha bir oyunumuz var. Çətin olacaq. Markinyosa gəlincə, əzələsində ağrı hiss etdi. Ümid edirik ki, bu, kiçik zədədir və tezliklə sıraya dönəcək. “Bavariya”nın cavab matçında geridönüş edəcəyi? Bizi qarşıda “Barselona” ilə oyun gözləyir. Ümid edirik ki, almanlarla cavab oyunu "Barselona" ilə görüşdən daha yaxşı olacaq. Ancaq nəticə əldə etmək üçün hər zaman nəzərə alınması vacib olan bir çox detal var”.







Çempionlar liqası

Zappakosta ÇL-da rekorda imza atıb
  • Çempionlar liqası
  • 23:48 23.10.2024
Zappakosta ÇL-da rekorda imza atıb
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
  • Çempionlar liqası
  • 23:22 23.10.2024
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
  • Çempionlar liqası
  • 23:19 23.10.2024
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
  • Çempionlar liqası
  • 16:20 23.10.2024
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"