24 oktyabr 2024. Cümə axşamı

Kifayət qədər çətinlik çəkdiyimiz anlar oldu - Tuçel


Kifayət qədər çətinlik çəkdiyimiz anlar oldu - Tuçel
"Çelsi"nin baş məşqçisi Tomas Tuçel Çempionlar Liqasının 1/4 finalında "Portu"ya qalib gəldikləri matç (2:0) haqqında fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, 47 yaşlı alman mütəxəssis komandasının rəqib üzərində qələbəsini belə şərh edib:
 
"Portu" ilə matç çətin keçdi. Kifayət qədər çətinlik çəkdiyimiz anlar oldu. Ancaq biz bunu bacardıq. Kollektiv yaxşı əhval-ruhiyyədə idi və əla nəticə əldə etdik. Komandanın "Vest Bromviç"ə məğlubiyyətə (2: 5) düzgün reaksiya verəcəyinə əmin idim. Bununla bağlı xüsusi narahatlığım yox idi. Meydana çıxmağa hazır idik. Futbolda məğlubiyyət olmadan davam edə bilməzsən. Ən vacib sınaq məğlubiyyətlərdən sonra qələbələrə qayıtmaqdır. Birlikdə bir neçə yaxşı nəticə əldə etdik və sonra birlikdə də məğlub olduq, bundan sonra yenə birlikdə qalib gəldik. Biz baş verənlərə düzgün yanaşdıq. Beləliklə, daha da yaxınlaşdıq və bir-birimizə daha çox inanmağa başladıq".
 
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu aprelin 14-də keçiriləcək.






Çempionlar liqası

Zappakosta ÇL-da rekorda imza atıb
  • Çempionlar liqası
  • 23:48 23.10.2024
Zappakosta ÇL-da rekorda imza atıb
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
  • Çempionlar liqası
  • 23:22 23.10.2024
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
  • Çempionlar liqası
  • 23:19 23.10.2024
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
  • Çempionlar liqası
  • 16:20 23.10.2024
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"