15 avqust 2026. Şənbə

PSJ-yə yatmağa gəlməmişəm – Mbappe


PSJ-yə yatmağa gəlməmişəm – Mbappe

PSJ-nin futbolçusu Kilian Mbappe Çempionlar Liqasında “Bavariya”nı məğlub etdikləri oyundan (3:2) sonra fikirlərini bildirib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, matçda dubl edən Mbappe, PSJ-yə yatmaq üçün gəlmədiyini deyib:

“PSJ-yə yatmağa gəlməmişəm. Dünyanın ən yaxşı komandalarına qarşı oynamağı çox sevirəm. Oyunda üzərimdə təzyiq hiss etmədim. Ötən il Çempionlar Liqasının finalında “Bavariya”ya qol vura bilməmişdim, bu dəfə isə dubl etdim. Ümid edirəm ki, cavab oyununda da qol vura bilərəm.

Komanda olaraq yaxşı çıxış etdik. İkinci oyunda da sakit qalmalı və komanda kimi mübarizə aparmalıyıq. Ən güclü komandaya qarşı oynamaq çətin idi”.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu