1 fevral 2026. Bazar günü

Halanndan avtoqraf alan hakim cəzalandı


Halanndan avtoqraf alan hakim cəzalandı

Rumıniya Futbol Federasiyasının Hakimlər Komitəsi referi Oktavian Şovreni çempionatdakı işindən kənarlaşdırıb.

Corner.az xəbər verir ki, bu barədə jurnalist Emanuel Roşu "Tvitter" səhifəsində paylaşım edib .

Yan xətt hakimi funksiyasını yerinə yetirən Şovre 2020/2021 mövsümünün sonunadək əsas referi Ovidiu Hatseqanın komandasında yer ala bilməyəcək.

Oktavian Şovre Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" ilə görüşdən sonra "Borussiya" (Dortmund) klubunun futbolçusu Erlinq Halanndan avtoqraf alıb.

Daha sonra rumıniyalı hakimin həmin formanı autizm xəstələrinin müalicəsi ilə məşğul olan mərkəzə təhvil vermək üçün futbolçunun imzasını aldığı məlum olub.

Qeyd edək ki, görüş 1:2 hesabı ilə Mançester Siti'nin qələbəsi ilə yekunlaşıb.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”