15 avqust 2026. Şənbə

Bavariya hazırda dünyanın ən yaxşı komandasıdır


Bavariya hazırda dünyanın ən yaxşı komandasıdır

Fransanın PSJ-nin baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının 1/4 final mərhələsinin “Bavariya”ya qarşı keçirəcəkləri cavab oyunundan əvvəl fikirlərini bildirib.

Corner.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan argentinalı mütəxəssis, “Bavariya”nın hazırda dünyanın ən yaxşı komandası olduğunu deyib:

“Oyunda hər şey ola bilər. “Bavariya” hazırda dünyanın ən yaxşı komandasıdır. Onlara hörmətlə yanaşırıq. Eyni zamanda, öz gücümüzü də bilirik. Başa düşürük ki, qələbəyə köklənməli və buna nail olmağa çalışmalıyıq”.

Bu gün keçiriləcək PSJ – “Bavariya” matçı saat 23:00-da start götürəcək. Komandalar arasında keçirilən ilk görüşdə PSJ 3:2 hesablı qələbə qazanıb.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu