UEFA Çempionlar Liqasında ilk yarımfinalçılar bəlli olub.
Corner.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində iki görüş keçirilib.
“Bavariya”ya səfərdə 3:2 hesabıyla qalib gələn PSJ, Fransada baş tutan cavab matçında üstünlüyünü qorumağa çalışıb. Bu qarşılaşma Almaniya çempionun 1:0 hesablı qələbəsiylə yekunlaşsa da, PSJ-ni mübarizədən kənarlaşdırmaq üçün yetərli olmayıb.
Günün digər matçı “Çelsi” ilə “Portu” arasında baş tutub. London təmsilçisi səfərdə inamlı qələbə qazandığına görə, növbəti mərhələyə daha yaxın idi. Bu oyunda da qonaqlar minimal hesabla qələbə qazansa da, yarımfinala "zadəganlar" yüksəlib.
UEFA Çempionlar Liqası
1/4 finalın cavab oyunları
13 aprel
PSJ (Fransa) - “Bavariya” (Almaniya) 0:1
Qol: Şupo-Motinq, 40.
Paris. “Park de Prens” stadionu. Baş hakim – Daniele Orsato İtaliya)
(ilk oyun 3:2)
"Çelsi” (İngiltərə) - “Portu” (Portuqaliya) 0:1
Qol: Taremi, 90+4.
Sevilya. “Ramon Sançes Pisxuan” stadionu. Baş hakim – Kleman Tyurpen (Fransa)
(ilk oyun 2:0)