10 avqust 2026. Bazar ertəsi

PSJ ÇL-da tarixi uğura imza atdı


PSJ ÇL-da tarixi uğura imza atdı

 PSJ klubu UEFA Çempionlar Liqasında tarixi uğura imza atıb.

Corner.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, Paris təmsilçisi 1/4 finalda Almaniya "Bavariya"sını mübarizədən kənarlaşdırmaqla buna nail olub.

Münhendə rəqibinə 3:2 hesabı ilə qalib gələn PSJ cavab qarşılaşmasında 0:1 hesabı ilə uduzsa da, səfərdə daha çox qol vurduğu üçün yarımfinala adlayıb.

Turnirin tarixində ilk dəfə son qalib finalda məğlub etdiyi komandaya pley-offda yenilib.

Qeyd edək ki, 2020-ci il Çempionlar Liqasının finalında "Bavariya" PSJ-yə minimal hesabla qalib gəlib - 1:0.







Çempionlar liqası

"Sabah" Danimarkadan məğlubiyyətlə qayıdır
  • Çempionlar liqası
  • 23:13 05.08.2026
"Sabah" Danimarkadan məğlubiyyətlə qayıdır