6 dekabr 2025. Şənbə

Bütün diqqətimiz bu oyundadır - Zidan


Bütün diqqətimiz bu oyundadır - Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/4 final mərhələsinin “Liverpul”la cavab oyunundan əvvəl fikirlərini bildirib.

Corner.az UEFA-nın saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis, matça qələbə üçün çıxacaqlarını deyib:

“Bizi necə oyunun gözlədiyini bilirik. Başladığımız işi tamamlamaq istəyirik. Cavab matçına hazırıq. Bütün diqqətimiz bu oyundadır. Məqsədimiz yarımfinala yüksəlməkdir.

Əlimizə düşən şansları dəyərləndirməliyik. “Real” hər zaman meydana qələbə qazanmaq üçün çıxır. “Liverpul” və “Barselona” ilə oyunlarda çox enerji itirdik. Ancaq yenə də maksimumuzu verməyə çalışacağıq. Yarımfinala yüksəlmək üçün daha çox mübarizə aparmalıyıq. Bizdən tələb olunan budur. Komanda olaraq bu sınağa hazırıq”.

Qeyd edək ki, bu gün keçiriləcək “Liverpul” – “Real” matçı saat 23:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda “Real” 3:1 hesablı qələbə qazanıb.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”