27 mart 2026. Cümə

Meydana qələbə qazanmaq üçün çıxacağıq


Meydana qələbə qazanmaq üçün çıxacağıq

“Real”ın futbolçusu Luka Modriç Çempionlar Liqasının 1/4 final mərhələsinin “Liverpul”la cavab oyunundan əvvəl fikirlərini bildirib.

Corner.az UEFA-nın saytına istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi, meydana qələbə qazanmaq üçün çıxacaqlarını deyib:

“Bu mövsümkü çıxışımdan razıyam. Özümü yaxşı hiss edirəm. Mövsümün sonuna qədər bu tempi qorumalıyam.

Bizi “Liverpul”la ciddi sınaq gözləyir. Bu turnir üçün tələb olunan səviyyədə oynamalıyıq. İlk oyundakı kimi xarakter göstərib, qələbə qazanmağa çalışacaq. İlk oyundakı hesabı qorumaq üçün oynasaq, nəticə bizim üçün yaxşı olmaya bilər. Meydana qələbə qazanmaq üçün çıxacağıq”.

Bu gün keçiriləcək “Liverpul” – “Real” matçı saat 23:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda “Real” 3:1 hesablı qələbə qazanıb.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"