- Çempionlar liqası
- 22:50 27.11.2025
“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”a qarşı keçirəcəkləri cavab oyunu ilə bağlı fikirlərini bildirib.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, mərhələ adlamaq üçün bir şanslarının olduğunu deyib:
“İlk oyunda 1:3 hesabıyla uduzursansa, artıq səni turnirdən çıxmış kimi düşünürlər. Yəni itirəcəyimiz heç nə yoxdur. Yaxşı atmosfer yaradıb, mərhələni keçməyə çalışacağıq. Azarkeşlərin olmaması əlavə problemdir. Buna baxmayaraq, daha bir uğur qazanacağımıza inanmalıyıq.
Daha irəli getməyin mümkünsüz olduğunu düşünsək, heç nə əldə edə bilməyəcəyik. Özümüzə inansaq, bir şansımız ola bilər. Düzdür, çətin olacaq, lakin mümkünsüz deyil. “Enfild”də öz atmosferimizi yaradacağıq”.
Qeyd edək ki, bu gün keçiriləcək “Liverpul” – “Real” matçı saat 23:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda “Real” 3:1 hesablı qələbə qazanıb.