15 may 2026. Cümə

İranlı futbolçu ÇL-nın tarixinə düşdü


İranlı futbolçu ÇL-nın tarixinə düşdü

Portuqaliyanın “Portu” komandası Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda səfərdə “Çelsi”yə qalib gəlib – 1:0.

Corner.az “Opta”ya istinadən xəbər verir ki, sözügedən qarşılaşmada “Portu”nun yeganə qolunu vuran Mehdi Taremi Çempionlar Liqasının tarixinə düşüb. Belə ki, Taremi turnirin 1/4 final mərhələsində qol vurmağı bacaran ilk iranlı futbolçu olub.

İran millisinin üzvü olan 28 yaşlı hücumçu 2020-ci ilin yayından “Portu”nun uğurları üçün çalışır

“Çelsi” Çempionlar Liqasının 1/4 final mərhələsində “Portu”nu mübarizədən kənarlaşdırıb. İlk oyunda 2:0 hesabıyla qələbə qazanan “zadəganlar”, cavab matçında minimal hesabla məğlub olsalar da, yarımfinala yüksələn tərəf olublar.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"